"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola UEFA Çempionlar Liqasında "Napoli" üzərində qazanılan qələbəni şərh edib.
"İtaliya komandaları hər zaman möhtəşəm müdafiə nümayiş etdirirlər. Mən A Seriyasının iştirakçıları ilə dəfələrlə qarşılaşmışam. Onların möhkəmliyinə və nəzarəti itirməməsinə heyranam. Ötən həftə "Mançester Yunayted"i qəbul etdik - 3:0. Bu həftə London səfərimiz var. "Arsenal"la oyun maraqlı və gərgin keçməlidir", - deyə UEFA-nın mətbuat xidməti Pepin sözlərindən sitat gətirib.
Pepin komandası "Arsenal"la görüşə xoş əhvalda yollanır
