Portuqaliya nəhəngi heyətini pulsuz gücləndirib

Portuqaliya nəhəngi heyətini pulsuz gücləndirib

Portuqaliya "Porto"su cinah xəttini yarımmüdafiəçi Yann Karamo ilə gücləndirib.

Olimpnews.az xəbər verir ki, məlumatı Portuqaliya klubunun rəsmi saytı yayıb. Məlumata görə, fransalı komandaya ödənişsiz keçid edib. 
Qeyd edək ki, Karamonun son klubu İtaliyanın "Torino" klubu olub. O, ötən mövsüm 31 oyunda iki məhsuldar oyunla yadda qalıb.