Yelkən idmanı və stolüstü tennis federasiyalarının rəhbərliyinə seçkilər keçirilib

Yelkən idmanı və stolüstü tennis federasiyalarının rəhbərliyinə seçkilər keçirilib

Fevralın 27-də Milli Olimpiya Komitəsinin konfrans zalında yelkən idmanı və stolüstü tennis idman növləri üzrə federasiya rəhbərliyinə seçkilər keçirilib. Toplantıda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov və iqtisadi inkişaf naziri Şahin Mustafayev iştirak ediblər. İcraiyyə Komitəsinin səs verməsinə əsasən Yelkən İdmanı Federasiyasına yeni prezident Qüdrət Qurbanov, Stolüstü Tennis İdman Federasiyasına yeni prezident isə Şahin Mustafayev seçilib.