Türkiyənin "Qalatasaray" klubunun zədələnən yeni futbolçusu Viktor Osimhenin yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, Super Liqa transfer tarixinin ən bahalı futbolçusu olaraq mövsümün əvvəlində "sarı-qırmızılılar"a transfer olunan nigeryalı forvardın Çempionlar Liqasının ikinci oyununda komandasına kömək edəcəyi bildirilir. Ayaq biləyindəki bağlarda gərilmə səbəbi ilə yaşıl meydanlardan kənarda qalıb. Futbolçu bazar ertəsi günü "Konyaspor"la oyunda da meydanda olmayacaq. Klub rəhbərliyi futbolçunun sentyabrın 30-da keçiriləcək "Liverpul"la oyuna qədər meydana qayıtmasını planlaşdırır.
Osimhenin yaşıl meydanlara qayıdacağı tarix açıqlandı
