Qolden Boy mükafatının namizədləri arasında 4 Türkiyə futbolçusu da var 

Qolden Boy mükafatının namizədləri arasında 4 Türkiyə futbolçusu da var 

İstedadı və uğurlu çıxışları ilə seçilən 21 yaşadək futbolçulara verilən Qolden Boy mükafatına namizədlər açıqlandı.

Olimpnews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 100 nəfərdən ibarət namizədlər siyahısına 4 türk futbolçu daxil edilib. Bunlar Kenan Yıldız ("Yuventus"), Arda Güler ("Real Madrid"), Yasin Özcan (Anderlext) və Can Uzundur ("Ayntraxt").