Ötən gün "Liverpul" klubunun qapısına 2 qol vuran Markos Llorente itinə “Enfild” adını verib.
Olimpnews.az xəbər verir ki, 30 yaşlı ispaniyalı futbolçu Çempionlar Liqasındakı qollarının 57 faizini "Enfild" stadionunda vurub.
Qeyd edək ki, ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin birinci turu çərçivəsində keçirilən "Liverpul" - "Atletiko" oyunu 3:2 hesabı ilə "mersisaydlılar"ın qələbəsi ilə yekunlaşıb. Madrid təmsilçisinin hər iki qolunun müəllifi Markos Llorente olub.