Futbol üzrə Misli Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, turun sonuncu oyun gününün ilk qarşılaşması "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında olub. "Liv Bona Dea Arena"da keçirilən oyun Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qurban Qurbanovun komandasının heyətində hesabı 4-cü dəqiqədə Toral Bayramov açıb. O, 28-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı 2:0 edib. “Qarabağ”ın növbəti qolunun müəllifi 52-ci dəqiqədə fərqlənən Musa Qurbanlı olub. Qarşılaşmanın 65-ci dəqiqəsində isə Toral Bayramov özünün üçüncü, komandasının isə dördüncü qolunu vurub. Matçda yekun hesabı isə Kris Kuaku müəyyənləşdirib. O, 85-ci dəqiqə rəqib qapısına yol tapıb. Böyükhesablı qələbə sayəsində xallarının sayını 7-yə çatdıran Ağdam təmsilçisi turnir cədvəlinin beşinci pilləsinə yüksəlib. Naxçıvan klubu isə 10 xalla 3-cüdür.