Futbol üzrə Misli Premyer Liqasında V turun oyunlarına yekun vurulub. Turun son matçında "Neftçi" klubu səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda qonaqların 2:0 hesablı qələbəsi qeydə alınıb. "Ağ-qaralar"In heyətində qələbə qollarını 79-cu dəqiqədə Ağadadaş Salyanski və 90+2-ci dəqiqədə Alessio Kurçi vurub. Bununla da "Neftçi" klubu Premyer Lİqada cari mövsümdə ilk qələbəsini qazanıb. Hazırda "Sumqayıt" klubu 10 xalla ikinci, Samir Abbasovun komandası isə 6 xalla turnir cədvəlinin səkkizincisidir.
"Neftçi" yeni mövsümdə ilk qələbəsini Sumqayıtda qazandı
