Moskvada Avropa çempionatı başlayıb

Moskvada Avropa çempionatı başlayıb

Rusiyanın paytaxtı Moskvada pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə Avropa çempionatı başlayıb.Martın 6-dək davam edəcək yarışda böyüklər arasında İradə Aşumova, Ruslan Lunyov və Rəsul Məmmədov mübarizə aparırlar. Millimizi gənclərin yarışında Urfan Axundov, Nərminə Səmədova, yeniyetmələr arasında isə Elvin Astanov, Nərmin Abbaslı və Leyla Mirzəzadə təmsil edirlər. İdmançılarımız qitə birinciliyində məşqçilər Vladimir Lunyov və Olqa Stepanovanın rəhbərliyi altında çıxış edirlər.
U.Axundov və N.Səmədova, eyni zamanda, Çində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda da mübarizə aparacaqlar.