"Topçular"la "şəhərlilər"in duelində qalib müəyyənləşmədi 

"Topçular"la "şəhərlilər"in duelində qalib müəyyənləşmədi 

Futbol üzrə İngiltərə Premyer Liqasının V turu çərçivəsində keçirilən "Arsenal" - Mançester Siti" oyununda qalib müəyyənləşməyib. 

Olimpnews.az xəbər verir ki, Londonda keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb. Matçda hesab 9-cu dəqiqədə açılıb. Erlinq Haaland "şəhərlilər"i hesabda önə keçirib. Lakin Pep Quradiolanın komandası qələbə hesabını sona qədər qoruya bilməyib. 90+3-cü dəqiqədə "topçular"ın futbolçusu Qabriel Martinelli fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib.