La Liqa: "Atletiko" səfərdə xal itirdi

La Liqa: "Atletiko" səfərdə xal itirdi

Futbol üzrə İspaniya La Liqasında V turun oyunları keçirilir. 

Olimpnews.az xəbər verir ki, Madrid "Atletiko"su səfərdə "Malyorka"nın qonağı olub. Çempionatın favoritlərindən olan Dieqo Simeonenin komandası turu xal itkisi ilə başa vurub -1:1.Matçda hesabı 79-cu dəqiqədə "Atletiko"nun futbolçusu Konor Qallager açsa da, meydan sahibləri 6 dəqiqə sonra Vedat Muriqinin qolu ilə hesabı bərabərləşdirib. Beləliklə, komandalar hərəyə 1 xalla meydandan ayrılıblar.