Türkiyənin "Fənərbağça" klubunun yeni prezidenti müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, klubun növbədənkənar ümumi yığıncağında Sadettin Saran "sarı-lacivərdlilər"in yeni prezidenti olub. "Fənərbağça" klubunun növbədənkənar ümumi yığıncağında 24 min 393 üzvdən 12 min 325 səs toplayan Sadettin Saran yeni prezident seçilib. Klubun keçmiş prezidenti Ali Koç isə 12 min 68 səs toplayıb. Nəticələri elan etmək üçün Sadettin Saran və Ali Koç birlikdə tribunaya çıxıblar.