"Borussiya" minimal hesablı qələbə ilə ikinci pilləyə yüksəldi

"Borussiya" minimal hesablı qələbə ilə ikinci pilləyə yüksəldi

"Borussiya Dortmund" klubu futbol üzrə Almaniya Bundesliqasının dördüncü turunda "Volfsburq"a minimal hesabla qalib gəlib. 

Olimpnews.az xəbər verir ki, Dortmund təmsilçisi Karim Adayeminin 20-ci dəqiqədə vurudğu yeganə qol sayəsində meydandan qələbə ilə ayrılıb. "Borussiya" klubu qələbə sayəsində xallırının sayını 10-a çatdıraraq ikinci pilləyə yüksəlib. "Volfsburq" isə 5 xalla 12-cidir.