"Mançester Siti"nin qapıçısı Ştefan Orteqa karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Olimpnews.az xəbər verir ki, 32 yaşlı qapıçı Canluici Donnarumma və Ceyms Trafforddan sonra üçüncü qapıçı olmaq arzusunda deyil. “Transfer News Live”in verdiyi məlumata görə, Milan "İnter"i Orteqanı hədəfə alıb. “Nerazzurri”lər onu Yann Sommerin gələcək varisi kimi görür. Tərəflər arasında razılaşma qış transferində öz həllini tapa bilər. Qeyd edək ki, Ştefan Orteqanın "Mançester Siti" ilə müqaviləsi gələn ilin yayında başa çatır. Almaniyalı qapıçının Transfermarktda təxmini dəyəri 8 milyon avrodur.