“Şəhərlilər” Haalanda qiymət qoyublar

“Şəhərlilər” Haalanda qiymət qoyublar

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Barselona"nın hədəfində qalır.

Olimpnews.az Football Insider portalına istinadən xəbər verir ki, əgər "Barselona" həqiqətən də gələn yay Haaland üçün hərəkətə keçsə, “şəhərlilər” təxminən 172 milyon avro qiyməti qəbul etməlidirlər.

Məlumat üçün bildirək ki, 25 yaşlı norveçli forvard "Mançester Siti" ilə müqaviləsini 2034-cü ilə qədər artırıb. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, hücumçunun dəyəri 180 milyon avrodur.