Vinisius Mbappeyə paxıllıq edir

Vinisius Mbappeyə paxıllıq edir

Madrid “Real”ının braziliyalı futbolçusu Vinisius Junior klubdakı mövqeyindən narazıdır. O, fransalı forvard Kilian Mbappenin daha çox pul qazanmasına etiraz edir. “Tribal Football”un məlumatına görə, 25 yaşlı braziliyalı maaşının Mbappenin maaşına uyğun artırılmasını tələb edir. Bu tələb yerinə yetirilməsə, Junior klubu tərk etmək istəyir.

Qeyd edək ki, Vinisiusun “Real”la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir və bazar dəyəri 170 milyon avrodur.