“Frayburq” şənbə günü Bundesliqada “Verder” üzərində 3:0 hesablı qələbə qazanıb.
Olimpnews.az xəbər verir ki, "Frayburq"un qapıçısı Noah Atubolu oyun zamanın penalti zərbəsini qaytarıb. Bununla da o, 5-ci dəfə qapısını penaltidən qoruyub. Opta portalının verdiyi məlumata görə, Atubolunun bu uğrunu Bundesliqada əvvəllər heç bir qapıçı təkrarlaya bilməyib. Qeyd edək ki, "Frayburq" hazırda Bundesliqada səkkizinci pillədə qərarlaşıb.