Almaniya millisinin keçmiş müdafiəçi Jerom Boatenq 37 yaşında futbol karyerasını bitirib. "Mənim uzun futbol karyeram keçmişdə qalıb. Çox yaxşı komandalarda oynamışa. Almaniya millisinin rənglərini qorumuşam. Futbol mənə çox şey verib. Amma indi növbəti addımı atmağın vaxtıdır. Yanımda olan hər kəsə böyük təşəkkür etmək istəyirəm", - deyə Jerom sosial şəbəkə hesabında qeyd edib.
Məlumat üçün bildirək ki, Boatenq Almaniya millisi ilə 2014-cü ildə dünya çempionatının qalibi olub. O, Münhen "Bayern" ilə Bundesliqa çempionluğunu qazanıb, həm də iki dəfə Çempionlar Liqasının qalibi olub.