Amorim komandadan ayrılmaq istəmir

Amorim komandadan ayrılmaq istəmir

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim klubdakı fəaliyyətini davam etdirmək istəyir. Amorim “Sky Sports”a verdiyi müsahibəsində daha bir il işləmək niyyətində olduğunu qeyd edib.

Qeyd edək ki, Ruben Amorim komandanın zəif nəticələrinə görə mütəmadi olaraq tənqidlərlə üzləşir. “Qırmızı şeytanlar” hazırda Premyer Liqa cədvəlində 10-cu pillədə qərarlaşıb. Şənbə günü mankunianlılar evdə "Çelsi"yə 2:1 hesabı ilə qalib gəliblər. "Mançester Yunayted"in növbəti oyunu sentyabrın 27-də səfərdə "Brentford"la olacaq.