Beynəlxalq turnirdə 5 medal 

Beynəlxalq turnirdə 5 medal 

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında keçirilən "WTT Youth Contender" beynəlxalq turnirində 5 medal qazanıblar.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 11 yaşadək idmançıların mübarizəsində iştirak edən Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub.
Qeyd edək ki, yarışın ilk günlərində M.Mirzəbalayeva ilə V.Babayev U-13 kateqoriyasında üçüncü yerə sahib çıxmışdı.