"Barselona" üç xalı üç qolla qazandı

"Barselona" üç xalı üç qolla qazandı

İspaniyanın "Barselona" klubu La Liqada növbəti qələbəsini qazanıb. 

Olimpnews.az xəbər verir ki, Kataloniya təmsilçisi V turda "Xetafe"ni 3:0 hesabı ilə məğlub edib. Hans-Diter Flikin komandasının heyətində Ferran Torres dublla yadda qalıb. O, 15 və 34-cü dəqiqələrdə rəqib qapısına yol tapıb. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Dani Olmo qoyub. Beləliklə, qələbə sayəsində xallarının sayını 13-ə çatdıran "Barselona" klubu ikinci pillədə qərarlaşır. Kataloniyalılar lider "Real Madrid"dən iki xal geri qalır. "Xetafe" isə 9 xalla səkkizinci pillədədir.