London "Arsenal"ının mərkəz müdafiəçisi Uilyam Saliba karyerasını İspaniyada davam etdirmək istəyir.
Olimpnews.az TBR Football-a istinadən xəbər verir ki, o, Madrid "Real"ından gələn təklifi yüksək qiymətləndirib. 24 yaşlı fransalı futbolçu London klubuna 2019-cu ilin yayında keçib. Onun "Arsenal"la hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonunda başa çatır. Onun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.
            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

