"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Əl-İttihad"ın hücumçusu Kərim Benzemanı komandada görmək istəyir.
Olimpnews.az jurnalist Əkrəm Konurun sözlərinə istinadən xəbər verir ki, 37 yaşlı fransalı futbolçu Portuqaliya klubuna keçmək istəsə, maaşında azalma olacaq. Məlumata üçün bildirək ki, Benzema 2023-cü ilin yayından "Əl-İttihad"da çıxış edir.