"PSJ-də qalmaq istəyirdim"

"PSJ-də qalmaq istəyirdim"

Dünən futbolçu karyerasinda ikinci dəfə "Lev Yaşin" mükafatını alan "Mançester Siti"nin qapıçısı Canluici Donnarumma PSJ-dən ayrılmasından danışıb. "PSJ-də yaxşı günlərim olub. Yaxın dostların əhatəsində olub, sonra onları tərk etmək asan olmur. "Mançester Siti" kimi bir komandaya gəlmişəm. Dəyişiklik həmişə çətin olur. Amma PSJ-də qalmaq istəyirdim”, - “Reuters” Donnarummanın sözlərindən sitat gətirib.