"Komo" nun baş məşqçisi Sesk Fabreqas klubun "Sassuolo" ilə matçdan əldə etdiyi bütün gəliri ölkədə daşqınlardan xilasetmə işlərinə bağışlayacağını açıqlayıb. "Fikirlərim bu gün komolu insanların yanındadır. Gözəl gölümüzün daşdığını və onun vurduğu ziyanı görmək bizə pis təsir edir. Komo mənim üçün sadəcə bir şəhər deyil; bu, evdir, ailədir, bir cəmiyyətdir", - deyə Fabreqas sosial şəbəkə hesabında paylaşım edib. Yayılan məlumata görə sentyabrın 24-də "Sassuolo" ilə keçiriləcək İtaliya kuboku oyunundan əldə olunan bütün gəlir də yaradılan fonda köçürüləcək.
Fabreqas qazandığı pulu fonda köçürəcək
