Münhen "Bayern"inin müdafiəçisi Dayot Upamekano Almaniya Bundesliqasını tərk etmək istəyir.
Olimpnews.az xəbər verir ki, fransalı futbolçu Madrid "Real"ında oynamaq arzusunu həyat keçirmək istəyir. 26 yaşlı müdafiəçinin agenti artıq Madrid rəsmiləri ilə danışıqlara start verib. Qeyd edək ki, Upamekano 2021-ci ilin yayından Münhen klubunun uğurları üçün çalışır. Onun hazırkı müqaviləsi gələn ilin iyun ayının sonunda başa çatır. Transfermarkt Upamekanonun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.