Tennis üzrə Böyük Dəbilqə yarışlarının isveçrəli 20 qat çempionu Roje Federer dünyanı gəzməyin onun üçün nə qədər vacib olduğundan danışıb. "Ən inanılmaz xatirələrim səyahətlə bağlıdır. Dostlar, insanlar, yeni yeməklər, mədəniyyətlərlə tanış olmaq necə də xoşdur. Bir neçə həftədən sonra biz hamımız Şanxayda olacağıq, sonra Yaponiyaya keçəcəyik. Uşaqlarımla gəzintidən böyük zövq alıram", - deyə Federer "Tennis Channel" studiyasının hazırladığı rolikdə məlumat verib.
"Uşaqlarımla gəzintidən böyük zövq alıram"
