"Barselona" klubunun futbolçusu Lamin Yamalın atası Munir Nasroui "Qızıl top" mükafatının təqdimetmə mərasimindən sonra fikirlərini bildirib. O, səsvermənin yekunlarını ədalətsiz hesab edib.
“Düşünürəm ki, bu, ən böyük haqsızlıqdır. Oğurluq deməyəcəyəm, amma bir insana edilə biləcək ən böyük mənəvi zərbədir. Yamal dünyanın ən yaxşı oyunçusudur! Açıq-aşkar və böyük fərqlə rəqiblərindən üstün idi. Oğlum olmasına görə demirəm, sadəcə o, dünyanın ən yaxşı oyunçusudur. Məncə onun rəqibi yoxdur", - deyə Munir Nasroui qeyd edib.