"Barselona"nın futbolçusu ardıcıl üçüncü dəfə "Qızıl top" mükafatının sahibi olub 

"Barselona"nın futbolçusu ardıcıl üçüncü dəfə "Qızıl top" mükafatının sahibi olub 

"Barselona"nın qadınlardan ibarət komandasının hücumçusu Aitana Bonmati ardıcıl üçüncü dəfə "Qızıl top" mükafatının sahibi olub. 
Olimpnews.az xəbər verir ki, o, bu mükafatı ardıcıl üçüncü dəfə qazanan üç futbolçudan biri olub. Daha əvvəl  fransalı futbolçu Mişel Platini (1983, 1984, 1985) və Lionel Messi (2009, 2010, 2011) mövsümündə bu mükafata layiq görülüb. Aitana Bonmati isə 2023, 2024, 2025-ci ildə bu uğura sahib çıxıb.