Brazilyalı əfsanəvi futbolçu Kafu maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Olimpnews.az GiveMeSporta istinadən xəbər verir ki, "sambaçı" Brazilyanın son illər Dünya Kunokuna sahib çıxa bilməməsini Premyer Liqa ilə əlaqələndirib: "Nə qədər çox braziliyalı Premyer Liqaya gedirsə, Braziliyanın Dünya Kubokunu qazanmaq şansı bir o qədər azalır. Təsəvvür edin, hər həftə media tərəfindən beyniniz yuyulur ki, siz dünyanın ən yaxşısısınız, halbuki əslində buna yaxın belə deyilsiniz. Mən La Liqanı üstün tuturam, çünki orada finala çıxmaq və onu qazanmaq üçün yüksək mentalitet var. La Liqada heç kim televizor qarşısında yalan danışaraq ispan oyunçularını şişirtmir. Orada futboldan danışılır, mifdən yox!”.
Kafu: "Heç kim televizor qarşısında yalan danışaraq ispan oyunçularını şişirtmir"
jpeg-1758656522.jpeg)