"Real" liderliyini davam etdirir

"Real" liderliyini davam etdirir

İspaniyanın Madrid "Real"ı La Liqada növbəti qələbəsini qazanıb. 

Olimpnews.az xəbər verir ki, Xabi Alonsonun komandası Valensiyada "Levante"yə böyükhesabla qalib gəlib -1:4. "Kral klubu"nun heyətində Vinisius Junior (28), Franko Mastantuono (38) və Kilian Mbappe (64 p, 66) vurub. Meydan sahiblərinin yeganə qolunu isə 54-cü dəqiqədə Etta Eyonq vurub. Qələbədən sonra xallarının sayını 18-ə çatdıran madridlilər turnir cədvəlində liderliyini davam etdirir. "Levante" isə 4 xalla 16-cı pillədə qərarlaşıb.