La Liqa: "Vilyareal"dan səfər qələbəsi

La Liqa: "Vilyareal"dan səfər qələbəsi

İspaniya La Liqasında altıncı turun daha bir oyunu keçirilib. 

Olimpnews.az xəbər verir ki, "Sevilya" klubu doğma meydanda "Vilyareal"ı qonaq edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sarı sualtıqayığın" heyətində Tani Oluvaseyi (17) və Manor Solomon (86) vurub. Əndülüs təmsilçisinin heyətində isə 51-ci dəqiqədə Cibril Şov fərqlənib. "Vilyareal" klubu qələbə sayəsində xallarının sayını 13-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. "Sevilya" klubu 7 xalla 10-cu pillədə yer alıb.