Avropa Liqasında əsas mərhələyə start verilir

Avropa Liqasında əsas mərhələyə start verilir

Bu gün futbol üzrə UEFA Avropa Liqasında Liqa mərhələsinin oyunlarına start veriləcək.Olimpnews.az xəbər verir ki, I turun ilk oyun günündə azarleşlər 9 qarşılaşma izləyəcəklər. Günün iki oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. İlk oyunlarda Yunanıstanın PAOK klubu İsrailin "Makkabi" komandası ilə, Danimarka "Midtyullann"ı isə Avstriyanın "Şturm" klubu ilə üz-üzə gələcək. Gecənin digər oyunları isə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Türkiyənin "Fənərbağça" klubu ilk mərhələdə Xorvatiya səfərinə yollanacaq. "Sarı-lacivərdlilər" "Dinamo" klubunun qonağı olacaq. İspaniyanın "Betis" klubu isə doğma meydanda İngiltərə təmsilçisi "Nottingem Forest"lə üz-üzə gələcək. Gecənin digər oyunlarında Portuqaliyanın "Braqa" klubu Niderlandın "Feyenoord" komandasını, "Srvena Zvezda" isə Şotlandiya "Seltik"ini qonaq edəcək. Almaniyanın "Frayburq" klubu doğma meydanda "Bazel"i (İsveçrə) sınağa çəkəcək. Fransa təmsilçisi "Nitsa" doğma azarkeşlər önündə İtaliyanın  "Roma" klubu ilə qarşılaşacaq. "Ludoqorets" (Bolqarıstan) isə "Malmö"nü (İsveç) qəbul edəcək.