Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Baş Assambleyasında iştirak edir.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, 190 ölkədən 400-ə yaxın nümayəndənin qatıldığı sayca 22-ci dəfə təşkil olunan Assambleya Cənubi Koreyanın paytaxtı Seulda keçirilir. Sabah yekun vurulacaq Assambleyada IPC-yə prezident və İdarə Heyətinə seçkilər təşkil olunacaq.