Həndbol üzrə Norveç çempionatında iştirak edən "Borgen"in üzvü Nikolay Dahlinq yarış zamanı azarkeşə hücum etdiyi üçün cəzalanıb. Teleqraf.com TV2-yə istinadən xəbər verir ki, qarşılaşma zamanı azarkeş əlindəki meqafonla onu təhqir edib. Dahlinq isə tribunaya çıxaraq, onu vurub. Norveç Həndbol Federasiyasının nizam-intizam komitəsi də azarkeşi bu davranışına görə cəzalandırıb. Klub isə 10 min Norveç kronu (təxminən 850 avro) məbləğində cərimələnəcək və Dahlinq iki oyunluq diskvalifikasiyaya məruz qalacaq.
Azarkeş və oyunçu arasında dava cərimə ilə nəticələnib
