Azərbaycan III MDB oyunlarında növbəti medalını qazandı

Azərbaycan III MDB oyunlarında növbəti medalını qazandı

Azərbaycan komandası III MDB Oyunlarında növbəti medalını qazanıb. 

Olimpnews.az xəbər verir ki, komandamız üçüncü medalını Gəncə şəhərində təşkil olunan üzgüçülük yarışlarında əldə edib. Gəncə İdman Sarayında keçirilən yarışlarda üzgüçümüz Mehri Abdurrəhmanlı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulu üzrə üzmədə bürünc medala layiq görülüb. Digər təmsilçimiz Anastasiya Qnussina isə 800 metr məsafəyə sərbəst üzmə yarışında dördüncü yerlə kifayətlənib və mükafatçılar sırasından kənarda qalıb. 

Xatırladaq ki, ötən gün Azərbaycanın oğlan və qızlardan ibarət stolüstü tennis komandaları gümüş medala sahib çıxmışdı.