Stolüstü tennisçilərimiz III MDB Oyunlarında daha bir medal qazandılar 

Stolüstü tennisçilərimiz III MDB Oyunlarında daha bir medal qazandılar 

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında daha bir medal qazanıblar. 
Olimpnews.az xəbər verir ki, Adil Əhmədzadə və Onur Quluzadədən ibarət cütlüyümüz qoşa yarışlarda gümüş medala sahib çıxıblar. Təmsilçilərimiz həlledici görüşdə  Rusiyanı təmsil edən Yevgeni Vasikov və Yevgeni Dosov cütlüyünə məğlub olub -3:0.