İspaniyalı tennisçilər Rafael Nadal və Karlos Alkaras həmyerliləri Mark Markesi MotoGP üzrə yeddinci dünya çempionluğu tituluna görə təbrik edib.
"Əla! Təbriklər, Mark Markes", - Alkaras sosial şəbəkədə yazıb.
"Mark Markes, yeni MotoGP çempionluğunuz münasibətilə sizi təbrik edirəm. Çətinliklərin öhdəsindən gəlməkdə hər kəsə əsl nümunə olduğunuz üçün bir daha təşəkkür edirəm. Zövq alın! Siz buna layiqsiniz!", - deyə Nadal yazıb.
Mıumat üçün bildirək ki, 32 yaşlı Markes yeddinci dəfə MotoGP çempionu olmaqla italiyalı Valentino Rossinin uğurunu təkrarlayıb.