Azərbaycanda keçirilən III MDB Oyunlarında dördüncü yarış gününə start verilib.
Olimpnews.az xəbər verir ki, oyunların dördüncü günündə Azərbaycan üzgüçüləri daha bir medal qazanıblar. Komandamızın üzvü Oktay Hüseynov gümüş mükafata sahib çıxıb. O, 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmə yarışlarında bu uğura yiyələnib.