III MDB Oyunları çərçivəsində keçirilən üzgüçülük yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün Azərbaycan komandasının üzgüçüləri Mehri Əbdürəhmanlı gümüş, Anastasiya Qnussina bürünc medala layiq görülüb. Hər iki idmançımız bu uğura 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmə yarışlarında nail olub.