Azərbaycanda III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışları sona yaxınlaşır.
Olimpnews.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində keçirilən Oyunlarda yarışların son günündə Onur Quluzadə Azərbaycan komandasına daha bir medal qazandırıb. Millimizin aparıcı üzvlərindən olan tennisçimiz fərdi yarışlarda gümüş medala sahib olub. O, həlledici qarşılaşmada Yevgeni Dosova 3:0 hesabı ilə məğlub olub.