Boksçumuz MDB Oyunlarına qələbə ilə başladı

Boksçumuz MDB Oyunlarına qələbə ilə başladı

Bu gün Azərbaycanda III MDB Oyunları çərçivəsində keçirilən boks yarışlarına start verilib. 

Olimpnews.az xəbər verir ki, yeni istifadəyə verilən Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Aysel Fərəcova da rinqə çıxıb. 46 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz mübarizəyə 1/4 finaldan başlayıb. Belarus idmançısı Aliaksandra Kustsikava ilə qarşılaşan xanım boksçumuz görüşü 5:0 hesablı qələbə ilə başa vurub.