III MDB Oyunları:Samboçumuz qızıl medal qazandı 

III MDB Oyunları:Samboçumuz qızıl medal qazandı 

Azərbaycan kmandası III MDB Oyunları çərçivəsində keçirilən sambo idman növündə ilk qızıl medalını qazanıb.

Olimpnews.az xəbər verir ki, bu uğura 53 kq çəki dərəcəsində çıxış edən Abdullətif Musayev (53 kq) nail olub. Təmsilçimiz Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışın final mərhələsində Özbəkistan idmançısı Qamzat Maksetbayevi məğlub edib.