III MDB Oyunları çərçivəsində keçirilən sambo yarışlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarış Azərbaycan komandası üçün 8 (2 qızıl, 3 gümüş, 3 bürünc) medalla yadda qaldı. Komandamızın heyətində Abdullətif Musayev (53 kq) və Nihad Rəhimov (64 kq) qızıl medala layiq görülüb. Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+98 kq) və Rüstəm Qasımzadə (58 kq) çıxışını gümüş medalla başa vurub. Bürünc medallara isə Sadiq Nadirov (79 kq), Mikayıl Əmirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) sahib olub.