III MDB Oyunları: Azərbaycan komandası ikinci pilləyə yüksəlib - MEDAL SIRALAMASI

III MDB Oyunları: Azərbaycan komandası ikinci pilləyə yüksəlib - MEDAL SIRALAMASI

Azərbaycanda keçirilən III MDB Oyunlarında dördüncü yarış gününə yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, Azərbaycan komandasının aktivində dörd gündən sonra 38 medal var. Qazanılan medallardan 5-i qızıl, 17-si gümüş, 16-sı isə bürüncdür. Komandamız bu nəticə ilə ümumi medal sıralamasında ikinci pillədə qərarlaşıb. Birinci pilləyə isə aktivində 49 (34 qızıl, 8 gümüş, 7 bürünc) medal olan Rusiya millisi başçılıq edir. Belarus komandası 32 (4 qızıl, 13 gümüş, 15 bürünc) medalla üçüncüdür. Ümumilikdə isə Oyunlarda 13 iştirakçı ölkədən 7-si medal qazanıb. Cəmi 4 ölkə isə qızıl medal sevinci yaşayıb. 

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də yekun vurulacaq. 

III MDB Oyunları: Azərbaycan komandası ikinci pilləyə yüksəlib - MEDAL SIRALAMASI