Bu gün III MDB Oyunları çərçiəsində keçirilən voleybol yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, Azərbaycanın 15 yaşadək qadınlardan ibarət voleybol millisi də bu gün ilk oyununa çıxıb. Türkiyəli mütəxəssis Şahin Çatmanın baş məşqçisi olduğu komandamız A qrupunda Tacikistanla qarşılaşıb. Gəncə İdman Sarayında keçirilən oyun komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.