Bu gün Qəbələdə III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə növbəti yarışlar keçirilib.
Olimpnews.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan idmançıları daha üç medal qazanıblar.
Kişilər arasında dairəvi stend yarışında Cavid Həsənov III MDB Oyunlarının gümüş medalını qazanıb. Qadınların yarışında isə Daniella Ulanova üçüncü yeri tutub. Səngər stendi üzrə qarışıq komanda yarışlarında Mürtəza Novruzlu ilə Nərmin Cəfərova dueti də bürünc mükafata sahib çıxıblar.
Stend atıcılarımız MDB Oyunlarında daha üç medal qazandılar
