Bu gün III MDB Oyunları çərçivəsində keçirilən batut gimnastikası üzrə yarışların ilk qalibləri müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən yarışın mükafatçıları arasında Azərbaycanın kişilərdən ibarət komandası da yer alıb. Yığmamız ümumilikdə 170.460 xal toplayaraq gümüş medala sahib çıxıb. Qızların komanda yarışlarında isə 120.860 xal toplayan Azərbaycan komandası mükafatçılar sırasından kənarda qalıb.
Qeyd edək ki, batut gimnastikası üzrə yarışlar oktyabrın 3-də başa çatacaq.