Xankəndidə MDB Oyunlarının kamandan oxatma yarışlarına start verildi

Xankəndidə MDB Oyunlarının kamandan oxatma yarışlarına start verildi

Bu gün III MDB Oyunları çərçivəsində keçirilən kamandan oxatma yarışlarına da start verilib.

Olimpnews.az xəbər verir ki, Xankəndi stadionunda keçirilən yarışın ilk günündə qadınlar və kişilər arasında fərdi yarışlarda 1/8 finala vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Azərbaycan komandasının 5 üzvü uğurla çıxış edərək adını 1/8 finala yazdırıb. Komandamızın heyətində Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ əldə ediblər. Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırıb.