İkiqat Böyük Dəbilqə çempionu olan amerikalı tennisçi Kori Qauff Çinin paytaxtı Pekində keçirilən WTA 1000 turnirində yarımfinala yüksəldikdən sonra ona verilən ləqəbdən danışıb.
"Mən yırtıcı heyvanları çox sevirəm. Mənə canavar ləqəbini veriblər. Görünür, bunu kortda nə qədər "vəhşi" olmağıma kimi görə səsləndiriblər. Əgər belədirsə, yeni ləqəbim mənim xoşuma gəlir. Amma çalışın mənə Koko - deyə müraciət edin. Bu daha yaxşı səslənir - deyə Qauff turnirin mətbuat xidmətinə verdiyi müsahibəsində deyib.
Qeyd edək ki, Qauff Pekində keçirilən 1/4 finalda almaniyalı Eva Lisi 6:3, 6:4 hesabı ilə məğlub edib.